“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 34-cü turunun “Kristal Pelas”la ev oyununu şərh edib.
Arena.az məlumat verir ki, “topçular” iki dəfə hesabda önə çıxsalar da, “qartallar” London derbisində tarzlığı bərpa edə biliblər – 2:2.
Mikel Arteta matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“Mən həm nəticədən və həm də bizim oyunumuzdan pərişanam. Biz elə, bir çox baxışlarda sabitliyə müvəffəq ola bilmədik ki, oyunda üstünlüyümüzü tamamilə saxlayıb-sürdürə bilək.
Belə bir təəssürat vardı ki, top bizdədir, topa nəzarət də bizdədir, iki dəfə hesabda önə də keçdik, amma təşəbbüsü ələ ala bilmədik, oyuna nəzarət edə bilmədik, həmişəki kimi. Bəzi məqamlarda isə biz öz ölçülərimizdən də aşağı çıxış etdik. Ən yaxşı halında olmadıqda, amma hesabda iki dəfə önə keçdikdə, oyunu qələbəyə qədər daşıyıb-apara bilmək gərəkdir – biz isə bunu edə bilmədik, xüsusən ikinci qolu buraxdığımız məqamda. Biz müxtəlif səbəblərdən oxşar vəziyyətlərdə dəfələrlə xallar itirmişik, bu isə bizə hər dəfə həddindən artıq baha başa gəlib”, – “Daily Mail” nəşri Artetadan sitat gətirir.
34 oyundan 67 xalla “Arsenal” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Krsital Pelas” isə 45 xalla 12-ci pillədədir.
Premyer Liqaya 33 oyundan 70 xalla “Liverpul” başçılıq edir. Göründüyü kimi, sağlam təhlil “topçular”ın çempionluq arzularının bu dəfə də yazda buzlar kimi tədricən əridiyini deməyə əsas verir.


