CONCACAF Çempionlar Kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Vankuver” və “İnter Mayami” komandaları üz-üzə gəliblər.
Arena.az məlumat verir ki, Kanadada keçirilmiş ilk oyunda meydan sahiblər “vağlar” üzərində 2:0 hesablı qələbə qazanıb.
“Vankuver”in qollarını amerikan futbolçular – Brayan Uayt və Sebastyan Berhalter vurublar.
“İnter Mayami”nin “Barselona”dan olan “dəstəsi” – Lionel Messi, Luis Suares, Jordi Alba və Serxio Buskets bütün oyunu meydanda keçirsələr də, “vağlar”ı məğlubiyyətdən qurtara bilməyiblər.
Bu komandalar arasındakı cavab oyunu may ayının 1-də Mayamidə keçiriləcək.


