Premyer Liqa: “Şamaxı” Tovuzdan 1 xalla qayıtdı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 32-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Turan Tovuz” doğma meydanda “Şamaxı”nı sınağa çəkib. Tovuz şəhər stadionunda baş tutmuş görüşü Kamal Umudlu idarə edib.

Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Turan Tovuz” bu oyunda qələbə qazanmaqla ilk dördlükdəki yerini möhkəmləndirməyi hədəfləmişdi. Kurban Berdıyevin komandası bu oyundan öncə 48 xalla 4-cü pillədə qərarlaşmışdı. “Şamaxı” isə 34 xalla 7-ci idi. Son iki turda qələbə qazanmış Ayxan Abbasovun komandası çətin səfərdən ən azı 1 xalla qayıtmaq arzusundaydı.

Bu, Tovuz və Şamaxı təmsilçilərinin Premyer Liqada 8-ci görüşü idi. Əvvəlki 7 oyunda “Turan Tovuz” 4, “Şamaxı” cəmi 1 qələbəyə sevinmişdi, 2 oyunda bərabərlik qeydə alınmışdı. “Turan Tovuz” bütün oyunlarda bu rəqibinə qol vurmuşdu. “Şamaxı” son iki görüşdə uduzmuşdu.

Bu görüşdə isə qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Premyer Liqa
32-ci tur

25 aprel

“Turan Tovuz” – “Şamaxı” 1:1
Qollar: Kauan Martins, 54 – Brahim Konate, 56.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu, 19:00.

Turan Tovuz: 41. Sergey Samok, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev, 11. Ayxan Hüseynov, 7. İsmayıl Zülfüqarlı, 9. Kristian da Silva, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 40. Kauan Martins, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 1. İvan Konovalov, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 19. Orxan Əliyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 13. Fərid Yusifli, 77. Veysəl Rzayev, 30. Mircamal Əlizadə, 6. Araş Qaderi, 29. Anton Kraçkovski.
Məşqçi: Yunis Hüseynov.

Şamaxı: 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov, 18. Cəlal Hüseynov, 6. Rauf Rüstəmli, 82. Rüfət Abbasov, 24. Edqar Adilxanov, 20. Leroy Mikels (k), 93. Brahim Konate, 30. Andrey Tırkovyanu, 3. Vladislav Veremeyev, 33. Alfons Msanqa.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 14. Vüsal Məsimov, 23. Murad Vəliyev, 19. Fəxri Məmmədli, 73. Elmar Məmmədov, 66. Vasili Bakiç.
Baş məşqçi: Ayxan Abbasov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: