Premyer Liqa: “Qarabağ” “Araz-Naxçıvan”ı 2 qolla yendi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 34-cü turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutub.

Turun qapanış matçında “Qarabağ” “Araz-Naxçıvan”ı qəbul edib. “Azərsun Arena”da baş tutmuş görüşün baş hakimi Əliyar Ağayev olub.

Əyalət təmsilçiləri daha öncə Premyer Liqada 11 dəfə qarşılaşmışdılar. Bu görüşlərdə “Qarabağ” 7, “Araz-Naxçıvan” 3 qələbə qazanmışdı, 1 oyun heç-heçə yekunlaşmışdı. “Qarabağ” bütün oyunlarda bu rəqibinə qol vurmuşdu. “Araz-Naxçıvan” son 3 matçda xal qazanmamışdı.

Elə bu görüşün də yekununda sevinən tərəf “Qarabağ” olub. Çempionluğu bir neçə tur öncə təmin etmiş Ağdam klubu bu oyunda 2 cavabsız qola sevinib.

Premyer Liqa
34-cü tur
11 may

“Qarabağ” – “Araz-Naxçıvan” 2:0
Qollar: Musa Qurbanlı, 35. Aleksey Kaşuk, 59.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
VAR: Rauf Cabbarov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Bakı. “Azərsun Arena”, 20:00.

Qarabağ: 99. Mateus Koxalski, 55. Bədavi Hüseynov (k), 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 81. Kevin Medina, 66. Patrik Andrade, 19. Redon Cica, 15. Leandro Andrade, 21. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 9. Kadi Borges, 2. Mateus Silva, 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov.

Araz-Naxçıvan: 12. Kristian Avram, 34. Ürfan Abbasov, 6. Vadim Abdullayev (k), 7. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 16. Ramon Maçado, 29. Vanderson Melo, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 4. İqor Ribeyro, 97. Felipe Santos.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Qara Qarayev, 3. Bəxtiyar Həsənalızadə, 2. Slavik Alxasov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov, 21. Sezar Meza Kolli, 8. Karlos Jatoba, 14. Miço Kuzmanoviç, 10. Bernardo Dias.
Baş məşqçi: Elmar Baxşıyev.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: