Jorje Mendeş: “Lamin Yamal “Qızıl top”a layiqdir”

“Barselona”nın yeniyetmə hücumçusu Lamin Yamalın maraqlarını təmsil edən agenti Jorje Mendeş futbolçu haqda qənaətini açıqlayıb.

Arena.az xəbər verir ki, portuqal mütəxəssis 17 yaşlı ispan ulduz barədə bunları dilə gətirib:

“Lamin bu il “Qızıl top”a layiqdir. O, cari mövsümdə dünyanın ən yaxşı oyunçusu olub. Bu, tamamilə aydındır. Laminin səviyyəsi “Qızıl top”a layiqdir”, deyə Jorje Mendeş vurğulayıb.

“Real”ın alman əfsanəsi, keçmiş yarımmüdafiəçi Toni Kroos da Madrid klubunun əzəli rəqibi “Barselona”nın ən vacib oyunçusu haqda qənətini açıqlayıb:

“Mənim üçün Pedri kimi oyunçu Lamin Yamal, Rafinya və ya Robert Levandovskidən daha vacibdir. Onlar oyunların nəticəsini müəyyənləşdirə bilərlər, Pedri isə öz mövqeyində indi dünyanı ən yaxşı oyunçusudur”, deyə Kroos vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: