Vüqar Mustafayev futbolçu karyerasını başa vurur

Azərbaycan milli komandasının sabiq üzvü, “Sumqayıt”ın yarımmüdafiəçisi Vüqar Mustafayev futbolçu karyerasını başa vurur.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, bununla bağlı mayın 17-də, Premyer Liqanın 35-ci turunda “Turan Tovuz”la matçdan əvvəl tədbir keçiriləcək.

Xatırladaq ki, “Bakı”nın yetirməsi olan Vüqar Mustafayev karyerası ərzində “Simurq”, “Qarabağ” və “Zirə”də də forma geyinib. O, Azərbaycan milli komandasında da 11 oyun keçirib.

Vüqar 2019-cu ildən “Sumqayıt”ın uğurları üçün çalışır. Mustafayev bu komandada 157 oyun keçirsə də, qol hesabını aça bilməyib. Əvəzində o, 6 məhsuldar ötürmə müəllifi olub. 29 yaşlı yarımmüdafiəçi cari mövsümdə meydana çıxdığı 27 oyunda fərqlənə bilməyib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: