Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 35-ci turuna start veriləcək.
Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutacaq.
Hər üç oyuna eyni saatda – 17:00-da start veriləcək. “Sumqayıt” “Turan Tovuz”u, “Zirə” “Sabah”ı, “Şamaxı” isə “Araz-Naxçıvan”ı qəbul edəcək.
Qeyd edək ki, bu gün meydana çıxacaq komandalardan “Zirə” 70 xalla ikinci, “Araz-Naxçıvan” 55 xalla üçüncü, “Turan Tovuz” 49 xalla dördüncü, “Sabah” 44 xalla beşinci, “Şamaxı” 36 xalla yeddinci, “Sumqayıt” isə 30 xalla doqquzuncu pillədə qərarlaşıb.
Premyer Liqanın 35-ci turuna mayın 18-də keçiriləcək son iki oyunla yekun vurulacaq.
Premyer Liqa
35-ci tur
17 may
“Sumqayıt” – “Turan Tovuz”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Müslüm Əliyev, Alik Yunusov.
VAR: Fərid Hacıyev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 17:00.
“Zirə” – “Sabah”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.
VAR: Əliyar Ağayev.
AVAR: Kamran Əliyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Zirə İdman Kompleksinin stadionu, 17:00.
“Şamaxı” – “Araz-Naxçıvan”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Şamaxı şəhər stadionu, 17:00.
18 may
“Neftçi” – “Səbail”
Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Şirmamed Mamedov, Emin Əliyev.
VAR: Cavid Cəlilov.
AVAR: Elvin Bayramov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Bakı. “Neftçi Arena”, 17:00.
“Qarabağ” – “Kəpəz”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rəhman İmami, Rauf Cabbarov.
VAR: Rəşad Əhmədov.
AVAR: Əli Əliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. “Azərsun Arena”, 19:00.



