2024/2025-ci illər mövsümünün çempionluğunu erkən surətdə təmin etmiş “Qarabağ” “Kəpəz”lə çempionat oyunlarında 100-cü qolu vurub.
Arena.az bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir.
Ağdam təmsilçisinin yubiley qolu Azərbaycan Premyer Liqasının 35-ci turuna təsadüf edib.
Leandro Andradenin qolu qərblilərlə matçlarda 100-cü top olub. “Qarabağ” Gəncə təmsilçisi ilə 61-ci qarşılaşmada qol sayında üçrəqəmli ədədə çatıb.
Bu, 1992-ci ildən keçirilən ölkə çempionatlarında 7-ci belə cütdür ki, rəqiblərdən biri digərinə 100 və ya daha çox qol vurub. Onlardan 5-i Ağdam klubunun hesabındadır.
Eyni rəqibə 100 və ya daha çox qol vuranlar:
- “Qarabağ” – 140 qol (“Neftçi”yə)
- “Qarabağ” – 126 qol (“Sumqayıt”a)
- “Neftçi” – 124 qol (“Şamaxı”ya)
- “Qarabağ” – 114 qol (“Şamaxı”ya)
- “Qarabağ” – 104 qol (“Qəbələ”yə)
- “Neftçi” – 102 qol (“Kəpəz”ə)
- “Qarabağ” – 102 qol (“Kəpəz”ə)
Qeyd edək ki, “Qarabağ” – “Kəpəz” oyunu 3:0 hesabı ilə başa çatıb.


