“Qarabağ” 100-ə çatdı: 32 rəqiblə

Bu mövsüm erkən çempionluğa imza atmış “Qarabağ” Azərbaycan çempionatları tarixində 100-cü böyükhesablı ev qələbəsini qazanıb.

Arena.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasında 2024/2025-ci illər mövsümünün 35-ci turuna təsadüf edib.

Ağdam klubu öz meydanında “Kəpəz”in qapısından 3 cavabsız top keçirib. “Qarabağ” ölkə çempionatları tarixində evdə ən çox böyükhesablı qələbə qazanan komandadır.

Bölgə təmsilçisinin ilk belə qalibiyyəti 1992-ci il mayın 6-da qeydə alınıb. Ağdam təmsilçisi həmin vaxt Kürdəmir “Şirvan”ını 6:0 hesabı ilə məğlub edib.

Ağdam klubu öz meydanında 32 fərqli rəqibi 3 və ya daha çox top fərqi ilə məğlub edib. “Qarabağ” “Sumqayıt”ı daha çox – 10 dəfə böyük hesablı məğlub edib. “Qəbələ” 9, “Şamaxı” və “Kəpəz” 8, “Neftçi” 7, “Səbail” 6, “Bakı” 5, “Xəzər” (Sumqayıt) 4, “Pambıqçı” (Bərdə), “Şahdağ” (Qusar), “ANS Pivani”, MOİK və “Turan” 3, “Viləş”, “Pambıqçı” (Neftçala), “Bakılı”, “Ədliyyə”, “Rəvan”, “Zirə”, AZAL, “Sabah” və “Turan Tovuz” 2, “Şirvan” (Kürdəmir), “Plastik”, “Daşqın”, “Kürmük”, “Avtomobilçi”, “Azəri”, “Şəmkir”, “Dalğıc ADNŞ”, “Araz-Naxçıvan” və “Xəzər Lənkəran” 1 dəfə belə məğlubiyyət alıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: