“Xankəndi” komandasının baş məşqçisi İbrahim Uzunca AFFA Region Liqasının 2024/2025 mövsümünün qalibi olmalarını şərh edib.
Arena.az xəbər verir ki, türkiyəli mütəxəssis bununla bağlı AFFA-nın rəsmi saytına açıqlama verib.
Uzunca bu uğurlu çıxışı İkinci Liqada da davam etdirmək istədiklərini söyləyib:
“Mövsümün əvvəlindən qarşımıza kuboku işğaldan azad olunmuş torpaqlara hədiyyə etmək hədəfini qoymuşduq. Bunu bacardığımız üçün çox xoşbəxtik. Bu yolda çox əziyyət çəkdik. İldən-ilə hədəflərimizi böyütmək istəyirik. Uğurlu çıxışı gələn mövsüm İkinci Liqada da davam etdirmək üçün əlimizdən gələni edəcəyik. Təbii ki, bundan ötrü heyətimizi gücləndirməliyik”.


