Arteta: “Arsenal” gələn mövsüm çempion olmağa borcludur”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta cari mövsümü əldən vermiş “topçular”ın növbəti mövsümə olan iddiası haqda söhbət açıb.

Arena.az nüfuzlu italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən, 43 yaşlı ispan mütəxəssisin müvafiq açqlamasını təqdim edir:

“Arsenal”ı “Real”dan Rodriqo ilə əlaqələndirirlər? Mən müəyyən bir oyunçunun adını çəkməyəcəyəm, amma biz klubu elə bir vəziyyətə gətirmişik ki, növbəti mövsümdə biz əsas qəniməti (İngiltərə Premyer Liqasını – redaktorun qeydi) qazanmağa sadəcə borcluyuq. Şübhəsiz ki, “Arsenal” – həm İngiltərədə və həm də Avropada seçmə komandadır”, deyə Arteta vurğulayıb.

Xatırladaq ki, cari mövsümdə “Arsenal” İngiltərə Premyer Liqasının gümüş medalları ilə kifayətlənib. “Topçular” çempion “Liverpul”la bir müddət çempionluq yürüşündə mübarizə aparsalar da, sonradan “barıtları” tükənib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: