Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün sonuncu – 36-cı turuna start veriləcək.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutacaq.
Son turun açılış oyununda Premyer Liqanı tərk edəcəyi dəqiqləşmiş “Səbail” turnir cədvəlindəki qonşusu “Sumqayıt”ı qəbul edəcək. Bu qarşılaşmanı Rəşad Əhmədov idarə edəcək.
Qeyd edək ki, turun qalan görüşləri mayın 24-də və 25-də keçiriləcək.
Premyer Liqa
36-cı tur
23 may
“Səbail” – “Sumqayıt”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Sevda Nuriyeva, Elvin Bayramov.
VAR: İnqilab Məmmədov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Bayıl Arena”, 19:30.
24 may
“Şamaxı” – “Qarabağ”
Hakimlər: Rauf Cabbarov, Zöhrab Abbasov, Tərlan Talıbzadə, Əkbər Əhmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Şamaxı şəhər stadionu, 17:00.
“Sabah” – “Neftçi”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Kamranbəy Rəhimov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Masazır Arena”, 19:30.
25 may
“Turan Tovuz” – “Kəpəz”
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Kamran Əliyev.
VAR: Əliyar Ağayev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Tovuz şəhər stadionu, 17:00.
“Araz-Naxçıvan” – “Zirə”
Hakimlər: Cavid Cəlilov, Elşad Abdullayev, Eyyub İbrahimov, Əli Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“Dalğa Arena”, 19:30.



