Premyer Liqa: “Sabah” mövsümü qələbə ilə bitirdi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün sonuncu – 36-cı turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün sonuncu oyununda isə iki paytaxt təmsilçisi – “Sabah” və “Neftçi” üz-üzə gəlib.

Masazırda baş tutmuş qarşılaşmanın baş hakimi Tural Qurbanov olub. Bu görüşün də taleyini bir qol həll edib. Yekunda meydan sahibləri qələbə qazanıblar.

Premyer Liqa
36-cı tur
24 may

“Sabah” – “Neftçi” 1:0
Qol: Jesse Sekidika, 64.
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Kamranbəy Rəhimov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Masazır Arena”, 19:30.

Sabah: 92. Stas Pokatilov, 10. Namiq Ələsgərov (k), 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 88. Xəyal Əliyev, 4. Sofian Çakla, 40. İqor Noqeyra, 70. Jesse Sekidika, 3. Con İrasabal, 13. İvan Lepinitsa.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 17. Tellur Mütəllimov, 6. Abdulla Xaybulayev, 7. Boyan Letiç, 18. Pavol Şafranko, 11. Kahem Parris, 12. Vensan Till, 99. Neqoş Kupusoviç, 33. Umarali Rahmonaliyev, 83. Stefen Ende.
Baş məşqçi: Vasili Berezutski.

Neftçi: 93. Rza Cəfərov (k), 10. Filip Ozobiç, 8. Emin Mahmudov, 19. Azər Salahlı, 4. Elvin Camalov, 14. Edvin Kuç, 99. Ervin Koffi, 23. Robert Bauer, 24. Mustafa Sek, 9. Bassala Sambu, 11. Aleks Fernandes.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rustam Samigullin, 17. Rəhman Hacıyev, 90. Ramil Şeydayev, 91. Ağadadaş Salyanski, 22. Dembo Darbo, 88. Andrey Ştoqrin.
Baş məşqçi: Samir Abasov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: