Premyer Liqa: Mövsümün son oyununda “Zirə” sevindi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün sonuncu – 36-cı turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyunda “Araz-Naxçıvan” və “Zirə” komandaları üz-üzə gəliblər.

Azərbaycanı yeni mövsümdə avrokuboklarda təmsil edəcək bu komandaların görüşünü Cavid Cəlilov idarə edib. Görüş “Zirə”nin çətin qələbəsiylə yekunlaşıb.

Beləliklə, qəsəbə təmsilçisi mövsümü 74 xalla ikinci pillədə başa vurub. “Araz-Naxçıvan” isə 58 xalla üçüncü yeri tutub.

Premyer Liqa
36-cı tur
25 may

“Araz-Naxçıvan” – “Zirə” 0:1
Qol: Junior Martins, 58.
Hakimlər: Cavid Cəlilov, Elşad Abdullayev, Eyyub İbrahimov, Əli Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“Dalğa Arena”, 19:30.

Araz-Naxçıvan: 94. Tərlan Əhmədli, 34. Ürfan Abbasov (k), 3. Bəxtiyar Həsənalızadə, 26. Ömər Buludov, 16. Ramon Maçado, 21. Sezar Meza Kolli, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 8. Karlos Jatoba, 14. Miço Kuzmanoviç, 10. Bernardo Dias.
Ehtiyat oyunçular: 12. Kristian Avram, 2. Slavik Alxasov, 6. Vadim Abdullayev, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov, 4. İqor Ribeyro, 97. Felipe Santos.
Baş məşqçi: Elmar Baxşıyev.

Zirə: 13. Aydın Bayramov, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 10. Georgi Papunaşvili, 30. Rikardo Martins, 70. İssa Cibrilla, 3. Ange Mutsinzi, 18. Junior Martins, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 99. Səlim Həşimov, 7. Məqsəd İsayev, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 53. Şahmar Aşurov, 48. Ramiz Muradov, 43. Əhliman Süleymanzadə, 5. Stefan Akka, 90. Davit Volkov, 15. Pyer Zebli, 17. Ayron Qomis.
Baş məşqçi: Rəşad Sadıqov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: