Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünə hansı tarixdə start veriləcəyi müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, PFL rəhbərliyinin qərarına əsasən, Premyer Liqada yeni mövsümə 2025-ci ilin avqust ayının 15-də start veriləcək.
Xatırladaq ki, Azərbaycan çempionatının yenicə başa çatmış 2024/2025-ci illər mövsümünün qalibi “Qarabağ” olub. “Zirə” gümüş, “Araz-Naxçıvan” isə bürünc medallarla kifayətlənib.


