Conatan Ta “Bayer”i “Bayern”ə dəyişdi – Rəsmi

29 yaşlı almaniyalı mərkəz müdafiəçisi Conatan Ta “Bayer”dən ayrılaraq, azad agent qismində “Bayern”ə qoşulub.

Arena.az bu barədə Münhen klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

Ta “Bayern”lə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləyə imza atıb. Alman mətbuatına görə, Tanın Münhen klubunda mövsümlük qazancı 14 milyon avro məbləğ təşkil edəcək.

Daha əvvəl isə Tanın “Bayern”ə keçidi müqavilində Münhen klubunun futbolçuya imza üstəliyi ödəyəcəyi haqda məlumat yayılıb.

Ta Almaniya nəhənginə qoşulmasını şərh edib:

“Mən öz üzərimə məsuluyyət götürmək və hər gün səylə çalışmaq istəyirəm ki, biz uğurlu komanda olaq və birlikdə çoxlu qənimətlər qazanaq”, deyə vurğulayıb.

2024/2025-ci illər mövsümndə Ta “Bayer” üçün 49 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə verib.

Conatan Ta 2016-cı ilin mart ayında debüt etdiyi Almaniya yığmasının heyətində məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 35 oyun keçirib.

Ta “Bayer”lə Almaniya Bundesliqasının (2023/2024), Almaniya Kubokunun (2023/2024) və Almaniya Super Kubokunun (2024/2025) qalibi olub.

“Transfermarkt” internet-portalı 29 yaşlı mərkəz müdafiəçisinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: