Alman skripkaçı Devid Qarrett Çempionlar Liqasının cari mövsümünün final oyunu ərəfəsində musiqi nömrəsi ilə çıxış edəcək.
Arena.az bu barədə UEFA-nın mətbuat xidmətinə istinadən məlumat verir.
Xəbərdə bildirilir ki, Devid Qarrett “The White Stripes” qrupunun “Seven Nation Army” kompozisiyasını ifa edəcək.
Daha əvvəl mötəbər yarşın final oyunu ərəfəsində amerikan rok qrupu “Linkin Park”ın çıxış edəcəyi məlum idi.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının 2024/2025-ci illər mövsümünün final oyununda Fransa nəhəngi PSJ və İtaliya nəhəngi “İnter” üz-üzə gələcəklər. Həlledici oyun sabah, mayın 31-də Münhenin “Arena Münhen” stadionunda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.



