Qadınlardan ibarət voleybol üzrə Azərbaycan milli komandası bu gün Qızıl Avropa Liqasının yeni mövsümündə növbəti oyununu keçirib.
Arena.az xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi komandamız turnirdəki ikinci sınağında Sloveniya yığması ilə üz-üzə gəlib.
Bakıda baş tutmuş növbəti oyun da Azərbaycan millisi üçün uğursuz alınıb. Belə ki, Qarayevin yetirmələri Sloveniyaya da 0:3 hesabı ilə uduzublar.
Xatırladaq ki, komandamız ilk turda Macarıstan yığmasına da 0:3 hesabı ilə məğlub olmuşdu. Sloveniyalılar da macarlara həmin hesabla qalib gəliblər.
Azərbaycan millisini qarşıda dörd səfər oyunu gözləyir. Yığmamız iyunun 6-da Slovakiya, 7-də Monteneqro, 13-də Xorvatiya və 14-də Rumıniya ilə görüşəcək.
Voleybol üzrə Avropa Qızıl Liqası
1 iyun
Azərbaycan – Sloveniya 0:3 (16-25, 19-25, 23-25)


