Bu gün keçiriləcək sonuncu yarımfinal oyunu ilə UEFA Millətlər Liqasında 2024/2025 mövsümünün sonuncu finalçısı müəyyənləşib.
Arena.az xəbər verir ki, Almaniyada təşkil olunmuş həlledici raundun ikinci günündə İspaniya və Fransa yığmaları üz-üzə gəliblər.
İngiltərəli referi Maykl Oliverin idarə etdiyi qarşılaşma “Ştutqart Arena”da keçirilib. Bütövlükdə doqquz qolun qeydə alındığı oyunun yekununda qələbəyə sevinmiş İspaniya millisi finala yüksəlib.
Xatırladaq ki, ötən gün baş tutmuş ilk yarımfinal matçında Portuqaliya millisi Almaniyanı 2:1 hesabı ilə məğlub edərək adını finala yazdırmışdı.
UEFA Millətlər Liqasında final və üçüncü yer uğrunda oyunlar iyunun 8-də keçiriləcək. Finalda İspaniya və Portuqaliya yığmaları üz-üzə gələcəklər. Almaniya və Fransa yığmaları isə bürünc medal uğrunda mübarizə aparacaqlar.
UEFA Millətlər Liqası
Yarımfinal
5 iyun
İspaniya – Fransa 5:4
Qollar: Niko Uilyams, 22. Mikel Merino, 25. Lamin Yamal, 54-pen; 67. Pedri, 55 – Kilian Mbappe, 59-pen. Rayan Şerki, 70. Daniel Vivian, 84-öz qapısına. Randal Kolo Muani, 90+4.
Baş hakim: Maykl Oliver (İngiltərə).
Ştutqart, “MHP Arena”.


