UEFA Millətlər Liqasında final günü

Bu gün keçiriləcək final qarşılaşması ilə futbol üzrə UEFA Millətlər Liqasında 2024/2025-ci illər mövsümünə yekun vurulacaq.

Arena.az xəbər verir ki, həlledici görüşdə İspaniya və Portuqaliya yığmaları üz-üzə gələcəklər.

Bundan əvvəl isə 3-cü yer uğrunda matç baş tutacaq. Bürünc medalın sahibi Almaniya – Fransa matçında bəlli olacaq.

Xatırladaq ki, İspaniya yarımfinalda Fransanı 5:4, Portuqaliya isə Almaniyanı 2:1 hesabıyla yenərək UEFA Millətlər Liqasında finala yüksəlmişdi.

UEFA Millətlər Liqası
8 iyun

3-cü yer uğrunda oyun

17:00. Almaniya – Fransa
Baş hakim: İvan Krujlyak (Slovakiya)
Ştutqart. “Arena MHP”.

Final

22:45. Portuqaliya – İspaniya
Baş hakim: Sandro Şorer (İsveçrə)
Münhen. “Alyans Arena”.

Xəbəri sosial şəbəkələrdə paylaş: