“Arsenal” rəhbərliyi “topçular”ın 18 yaşlı ingiltərəli sol cinah müdafiəçisi Maylz Luis-Skelli ilə müqaviləsinin müddətini yeniləyib.
Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən məlumat verir.
Yenilənmiş müqavilənin müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.
Əlavə edək ki, Luis-Skelli “Real”ın maraq dairsəindədir.
Maylz Luis-Skelli “Arsenal”ın məzunudur və karyerası ərzində yalnız “topçular”a xidmət edib.
Cari mövsümdə və həmçinin ümumilikdə Luis-Skelli “Arsenal” üçün 39 oyun keçirib, 1 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.
Maylz Luis-Skelli 2025-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 3 oyun keçirib, 1 qol vurub.
Gənc futbolçu böyük futbolda hələ heç bir qənimət qazanmayıb.
“Transfermarkt” internet-portalı 18 yaşlı sol cinah müdafiəçisinin transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.


