Futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün 1-ci təsnifat mərhələsinin ilk matçlarına yekun vurulub.
Arena.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.
Azərbaycan çempionu “Qarabağ”ın potensial rəqibləri də bu gün meydana çıxıblar. “Şelburn” İrlandiyada Şimali İrlandiyanın “Linfild” komandasını qəbul edib. Görüşün taleyini bir qol həll edib. Meydan sahiblərini fasilədən sonra fərqləniblər.
“Ludoqorets” – “Dinamo” görüşündə də qapılara bir top vurulub. Bolqarıstan çempionu cavab matçı öncəsi kiçik üstünlük əldə edib.
“Jalgiris”lə “Styaua” isə ilk oyunlarını inamlı qələbə ilə başa vurublar.
ÇL-in ilk təsnifat mərhələsinin cavab oyunları iyulun 15-16-da keçiriləcək. Azərbaycan çempionu “Qarabağ” isə 2-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.
UEFA Çempionlar Liqası
Birinci təsnifat mərhələsinin ilk oyunları
9 iyul
Jalgiris (Litva) – Hamrun Spartans (Malta) 2:0
Styaua (Rumıniya) – İnter (Andorra) 3:1
Ludoqorets (Bolqarıstan) – Dinamo (Minsk, Belarus) 1:0
Şelburn (İrlandiya) – Linfild (Şimali İrlandiya) 1:0


