Rakitiç “Barselona” ilə bağlı xatirəsini paylaşdı

“Barselona”nın keçmiş futbolçusu, karyerasına xitam vermiş xorvat yarımmüdafiəçi İvan Rakitiç “blauqrana” ilə bağlı xatirəsini paylaşıb.

Arena.az “Sport.es” dərgisinə istinadən, təcrübəli futbolçunun müvafiq xatirəsini təqdim edir:

“Bu, tamamilə dəlilik idi. Onları (Lionel Messi, Luis Suares, Neymar) məşqlərdə bir yerdə qoymaq olmazdı, onda bunun heç bir mənası olmazdı. Xüsusən “Barselona”da biz PSJ-də oynamış Neymardan fərqli bir Neymar görürdük. O, Messiyə çox yaxın idi, onu müşahidə etmək isə sadəcə inanılmaz idi. Üstəlik, irəlidə bizim “hardangəldi” qollar vuran bir oğlanımız da vardı, o, əntiqə qol duyumuna malik idi. Bu, nəsə inanılmaz bir xüsus idi. Düşünürəm ki, belə bir hücum üçlüyü daha heç zaman olmayacaq”, deyə Rakitiç məmnunluqa vurğulayıb.

Xatırladaq ki, 38 yaşlı futbolçular – argentinalı hücumçu Messi və uruqvaylı hücumçu Suares hazırda “İnter Mayami”də çıxış edirlər. 33 yaşlı Neymar isə doğma klubu “Santos”da çıxış edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: