Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Kəpəz” və “Qəbələ” komandaları yoxlama oyununda üz-üzə gəliblər.
Arena.az xəbər verir ki, sözügedən komandalar bu gün Qəbələ şəhər stadionunda üz-üzə gəliblər.
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 2:0. Əyalət təmsilçisinin heyətində Paulo Kimbila və Domi Massumu fərqləniblər.


