Futbol üzrə İtaliya A Seriyasının 34-cü turunun “Fiorentina” ilə oyunu “Bolonya”nın hücumçusu Rodriqo Palasio üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, o, doğma meydanda 3:3 hesablı heç-heçəyə razılaşdıqları bu oyunda het-trikə imza atıb. Argentinalı futbolçu bununla İtaliya çempionatının tarixinə düşüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Belə ki, 39 yaşlı hücumçu A Seriyası tarixində het-trik edən ən yaşlı futbolçuya çevrilib.
Bundan əvvəlki rekord Silvio Pioliyə aid idi. Sabiq hücumçu 1950-ci ildə, 37 yaş 51 günlüyündə het-trikə imza atmışdı.
Rodriqo Palasio 2017-ci ildən “Bolonya”da çıxış edir. Argentina yığmasının sabiq forvardı daha öncə “İnter”, “Cenoa”, “Boka Xuniors”, “Banfild” və “Hurakan” klublarının da uğurları üçün çalışıb.


