Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 1-ci turunun növbəti oyunu keçirilib.
Arena.az xəbər verir ki, yeni mövsümün ilk turunun dördüncü oyun günündə bir qarşılaşma baş tutub.
Günün yeganə matçı “Zirə” ilə “Araz-Naxçıvan” arasında keçirilib. Azərbaycanı bu mövsüm Avropa Konfrans Liqasında təmsil etmiş komandaların Zirədəki qarşılaşmasını Rəvan Həmzəzadə idarə edib. Oyunda hesabı meydan sahibləri açıblar. Amma qonaqlar buraxılan qolun əvəzini çıxa biliblər. Beləcə, tərəflər yeni mövsümə 1 xalla başlayıblar.
Xatırladaq ki, Premyer Liqanın 1-ci turunun “Sabah” – “Qarabağ” görüşü təxirə salınıb. Bu qarşılaşmanın hansı tarixdə keçiriləcəyinə hələ rəsmi qərar verilməyib.
Premyer Liqa
1-ci tur
19 avqust
“Zirə” – “Araz-Naxçıvan” 1:1
Qollar: İssa Cibrilla, 45+1 – Bəxtiyar Həsənalızadə, 65.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kərim Zeynalov, Elvin Bayramov.
VAR: Nicat İsmayıllı.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Zirə İdman Kompleksinin stadionu.
Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 9. Davit Volkov, 10. Georgi Papunaşvili, 20. İssa Cibrilla, 5. Ange Mutsinzi, 11. Junior Martins, 17. Ayron Qomis.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 31. Eldar Tərlanov, 70. Namik Ələskərov, 21. Hacıağa Hacılı, 7. Rövlan Muradov, 16. Fuad Bayramov, 43. Əhliman Süleymanzadə, 26. Stefan Akka, 28. Leroy Mikels, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Rəşad Sadıqov.
Araz-Naxçıvan: 12. Kristian Avram, 34. Ürfan Abbasov (k), 3. Bəxtiyar Həsənalızadə, 6. Patrik Andrade, 29. Vanderson Melo, 17. İssuf Paro, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala, 77. Bruno Franko, 70. Çarlz Boli, 19. Bar Kohen.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Qara Qarayev, 5. Slavik Alxasov, 4. Rahil Məmmədov, 14. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 22. Elçin Mustafayev, 24. Mustafa Əhmədzadə, 23. Nuno Rodriqes, 7. Hamidu Keyta.
Baş məşqçi: Elmar Baxşıyev.


