Premyer Liqa: “Sabah” mövsümə qələbə ilə başladı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 2-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun gününün ilk qarşılaşması Şamaxıda baş tutub.

Burada yerli “Şamaxı” komandası doğma meydanda “Sabah”la qarşılaşıb. Rəşad Əhmədovun idarə etdiyi oyunda qapılara bütövlükdə 3 qol vurulub. Oyunun yekununda sevinən tərəf paytaxt təmsilçisi olub.

Xatırladaq ki, “Sabah” cari mövsümün ilk turunda “Qarabağ”la qarşılaşmalı olsa da, oyun təxirə salınmışdı. Bu üzdən də “bayquşlar” yeni mövsümə məhz “Şamaxı” ilə görüşdə start veriblər.

Premyer Liqa
2-ci tur
24 avqust

“Şamaxı” – “Sabah” 1:2
Qollar: Dioqo Balau, 59 – Coy Lens Mikels, 1; 76.
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Akif Əmirəli, Kamran Əliyev.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Şamaxı şəhər stadionu, 17:00.

Şamaxı: 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli (k), 5. Arsen Ağcabəyov, 82. Rüfət Abbasov, 7. Edqar Adilxanov, 9. Karim Rossi, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 44. David Santos, 8. Alfons Msanqa.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 97. Oruc Məmmədov, 14. Ravil Qafarov, 24. Sənan Muradlı, 6. Antonio Lara, 19. Abdullahi Şuaybu.
Baş məşqçi: Ayxan Abbasov.

Sabah: 92. Stas Pokatilov, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 20. Coy Lens Mikels, 18. Pavol Şafranko (k), 40. İqor Noqeyra, 3. Stiv Solvet, 13. İvan Lepinitsa, 11. Kahim Parris, 22. Zinədin Uld Xaled.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 72. Rüstəm Samiqullin, 17. Tellur Mütəllimov, 10. Anatoli Nuriyev, 6. Abdulla Xaybulayev, 88. Xəyal Əliyev, 80. Akim Zedadka, 70. Jesse Sekidika, 33. Umarali Rahmonaliyev.
Baş məşqçi: Valdas Dambrauskas.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: