“Traktor” 2025/26 mövsümünə məğlubiyyətlə başladı

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2025/2026-cı illər mövsümündə ilk matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz klubu yeni mövsümün 1-ci turu çərçivəsində “İstiqlal”la qarşılaşıb.

Xorvatiyalı Draqan Skoçiçin çalışdırdığı kollektiv bu rəqiblə doğma meydanda üz-üzə gəlib. “Traktorçular” 67-ci dəqiqədə buraxdıqları yeganə qol nəticəsində məğlubiyyətə üzülüblər.

Beləcə, ötən mövsümü tarixində ilk dəfə İran çempionu kimi başa vurmuş “Traktor” yeni mövsümə məğlubiyyətlə başlayıb. Təbriz klubu çempionatdakı növbəti matçını avqustun 26-da səfərdə “Mes Rafsancan”a qarşı keçirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: