Premyer Liqa: “Sumqayıt” ilk xal itkisi ilə üzləşdi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 3-cü turuna start verilib.

Arena.az xəbər verir ki, turun açılış oyunu Sumqayıtda keçirilib.

Burada “Sumqayıt” “Şamaxı” ilə münasibətlərinə aydınlıq gətirib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil edilmiş qarşılaşmanın baş hakimi Kamal Umudlu olub.

Əvvəlki oyunlarından qalib ayrılmış “Sumqayıt” bu dəfə xal itkisi ilə üzləşib. “Şamaxı” hesabda geri düşdüyü oyundan 1 xal qoparmağı bacarıb.

Premyer Liqa
3-cü tur
29 avqust

“Sumqayıt” – “Şamaxı” 1:1
Qollar: Rikardo Apolinario, 63-öz qapısına – Edqar Adilxanov, 75.
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov Emin Əliyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 18:30.

Sumqayıt: 1. Mehdi Cənnətov, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 19. Roi Kehat, 9. Aleksandr Ramalinqom, 14. Pedro Pinto, 72. Rayan Senhadji, 23. Ronaldo Vaskes, 71. Masaki Murata, 80. Keffel Resende, 25. Abdul Raşid Mumini.
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 30. Kamran Quliyev, 6. Rauf Rüstəmli, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 75. Nadir Orucov, 47. Hüseyn Xıdırov, 66. Ruslan Əliyev, 97. Vüsal Paşayev, 10. Nikola Ninkoviç, 11. Aleksa Yankoviç.
Baş məşqçi: Saşa İliç.

Şamaxı: 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli (k), 5. Arsen Ağcabəyov, 27. Emil Süleymanov, 82. Rüfət Abbasov, 9. Karim Rossi, 10. Andrey Tırkovyanu, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 44. David Santos.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 21. Bilal İsmayılov, 97. Oruc Məmmədov, 7. Edqar Adilxanov, 14. Ravil Qafarov, 24. Sənan Muradlı, 6. Antonio Lara, 19. Abdullahi Şuaybu, 8. Alfons Msanqa.
Baş məşqçi: Ayxan Abbasov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: