Premyer Liqa: “Qarabağ” üçün 2025/26 mövsümündə ilk 3 xal

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 3-cü turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşması Şamaxıda baş tutub.

“Karvan” son çempion “Qarabağ”la qarşılaşıb. Oyunu Rəvan Həmzəzadə idarə edib. Ağdam klubu səfər oyununda 2 cavabsız qol vurmaqla yeni mövsümdə ilk 3 xalına sevinib.

Premyer Liqa
3-cü tur
31 avqust

“Karvan” – “Qarabağ” 0:2
Qollar: Elvin Yunuszadə, 11-öz qapısına. Emmanuel Addai, 72.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Kamran Əliyev.
Şamaxı şəhər stadionu, 17:00.

Karvan: 1. Kamran İbrahimov, 32. Elvin Yunuszadə (k), 6. Vadim Abdullayev, 42. İbrahim Qədirzadə, 77. Əli Abdullayev, 20. Coy Slayd Mikels, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 3. Said İranxan, 8. Peter Kinqs, 4. Olavale Doyeni.
Ehtiyat oyunçular: 25. Əmrah Bulud, 15. Rəhman Şbanov, 33. Eltun Turabov, 18. Süleyman Əhmədov, 13. Vüsal Məsimov, 22. Qabil Əlizadə, 14. Uğur Cahangirov, 2. Şakil Sno, 12. Vitor Roşa, 11. Kayl Spens, 10. Samuel Durrant, 21. İmani Barker.
Baş məşqçi: Azər Həşimov.

Qarabağ: 1. Şahrudin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov (k), 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 3. Sami Mmae, 18. Dani Bolt, 6. Kris Kuaku, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Ehtiyat oyunçular: 99. Mateus Koxalski, 97. Fabian Buntiç, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 20. Kadi Borges, 2. Mateus Silva, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Baş məşqçi: Qurban Qurbanov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: