Premyer Liqa: “Qarabağ” “Qəbələ”ni xalsız yola saldı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 6-cı turunun oyunları keçirilib.

Arena.az xəbər verir ki, ilk oyun gününün sonuncu qarşılaşması Bakıda baş tutub.

Son çempion “Qarabağ” doğma meydanında yenidən elitaya qayıtmış “Qəbələ”ni sınağa çəkib. “Azərsun Arena”da keçirilmiş oyunun baş hakimi Rauf Cabbarov olub. Ağdam təmsilçisi bu oyunda inamlı qələbəyə sevinib.

Premyer Liqa
6-cı tur
26 sentyabr

“Qarabağ” – “Qəbələ” 2:0
Qollar: Abdullah Zubir, 16. Musa Qurbanlı, 90+3.
Hakimlər: Rauf Cabbarov, Tərlan Talıbzadə, Şirmamed Mamedov, Elvin Bayramov.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Anar Salmanov.
Bakı. “Azərsun Arena”.

Qarabağ: 99. Mateus Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 20. Kadi Borges, 2. Mateus Silva, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 11. Emmanuel Addai, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 7. Nəriman Axundzadə, 32. Hikmət Cəbrayılzadə, 3. Sami Mmae, 18. Dani Bolt, 6. Kris Kuaku, 21. Aleksey Kaşuk.
Baş məşqçi: Qurban Qurbanov.

Qəbələ: 1. Səlahət Ağayev (k), 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 50. Adriel Ba Lua, 3. Eduardo Kunde, 6. Xayme Syerra, 16. İsaak Amoa, 14. Domi Massumo, 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 22. Fərid İsgəndərov, 97. Elşad Tağıyev, 7. Rüfət Əhmədov, 66. Nuğay Rəşidov, 26. Elnur Mustafayev, 17. Qədir Ramazanov, 21. Ziya Şəkərxanov, 12. İbrahim Sanqare, 70. Paulo Kimbila.
Baş məşqçi: Kaxaber Sxadadze.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: