Futbol üzrə Azərbaycan Premyer Liqasının 6-cı turunun bu gün keçirilmiş “Neftçi” – “Karvan” matçı bərabərliklə (0:0) başa çatdı.
Arena.az Bakıda baş tutmuş bu matçın yekun protokolunu və videoicmalını təqdim edir.
Azərbaycan Premyer Liqası
6-cı tur
27 sentyabr
“Neftçi” – “Karvan” 0:0
Sarı vərəqələr: İmad Faraj, 90+5 (qeyri-idman hərəkəti). Edvin Kuç, 90+7 (qeyri-idman hərəkəti). Emin Mahmudov, oyundan sonra (hakimin qərarına etiraz) – Kamran İbrahimov, 87 (oyunun bərpasının ləngidilməsi). Səid İranxan, 90+5 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə 5 dəqiqə.
Saat 19:00. “Neftçi Arena”, 1200 tamaşaçı.
Baş hakim: Kamranbəy Rəhimov.
Baş hakimin köməkçiləri: Asiman Əzizli, Zöhrab Abbasov.
Dördüncü hakim: Nicat İsmayıllı.
VAR: Fərid Hacıyev.
AVAR: Vüqar Həsənli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Neftçi: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k) (28. Alessio Kurçi, 86), 15. Elvin Bədəlov, 17. Murad Xaçayev, 77. Falaye Sako (27. Kristian Kostin, 86), 6. Sessi D`Almeyda (14. Edvin Kuç, 86), 24. Mustafa Sek, 9. Bassala Sambu (19. Ağadadaş Salyanski, 63), 11. İmad Faraj, 10. Freddi Varqas, 22. Luis Ortis (23. Cordan Rezabala, 63).
Ehtiyat oyunçular: 1. Emil Balayev, 93. Rza Cəfərov, 4. Elvin Camalov, 7. Emil Səfərov, 47. Murad Məmmədov.
Baş məşqçi: Samir Abasov.
Karvan: 1. Kamran İbrahimov, 6. Vadim Abdullayev (k), 33. Eltun Turabov, 2. Şakil Sno, 12. Vitor Roşa (10. Samuel Durrant, 64), 11. Kayl Spens (18. Süleyman Əhmədov, 90+5), 19. Tompson Qavi, 3. Səid İranxan, 8. Peter Kinqs (14. Uğur Cahangirov, 76), 21. İmani Barker, 4. Olavale Doyeni.
Ehtiyat oyunçular: 25. Əmrah Bulud, 42. İbrahim Qədirzadə, 13. Vüsal Məsimov, 22. Qabil Əlizadə, 77. Əli Abdullayev, 5. Nika Çaçaşvili, 37. Mois Nqvisani.
Baş məşqçi: Azər Həşimov.


