Abdullah Zubir “Qarabağ”da 70-ci qolunu vurdu

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın cinah hücumçusu Abdullah Zubir Ağdam təmsilçisinin heyətində 70-ci qolunu vurub.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

Fransalı vingerin yubileyi Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 6-cı turuna təsadüf edib. Ozobiç “Qəbələ” ilə ev matçında (2:0) hesabı açıb. Zubir Ağdam klubunda 70-ci qolunu 322-ci oyununda vurub.

Premyer Liqada 49 dəfə fərqlənmiş fransalı futbolçu avrokuboklarda 16, Azərbaycan kubokunda da 5 qola sevinib.

Zubir “Qarabağ”da ilk qolunu da “Qəbələ”yə vurub. O, 2018-ci il sentyabrın 23-də keçirilmiş çempionat matçında (4:1) fərqlənib.

Xatırladaq ki, Abdullah Zubir 2018-ci ildən “Qarabağ”da forma geyinir. O, Ağdam klubu ilə 6 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub. Fransalı futbolçu daha öncə “Lans”, “Petrolul”, “İstr” və “Hibernian” kimi klubların da formasını geyinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: