Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 7-ci turunun oyunlarına start veriləcək.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Turun açılış oyununda “Araz-Naxçıvan” debütant “İmişli”ni qəbul edəcək. “Dalğa Arena”da keçiriləcək oyunun baş hakimi Cavid Cəlilov olacaq.
Günün digər oyunu “Zirə” ilə “Neftçi” arasında keçiriləcək. Zirədə baş tutacaq oyunu Kamal Umudlu idarə edəcək.
Premyer Liqa
7-ci tur
3 oktyabr
“Araz-Naxçıvan” – “İmişli”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev.
VAR: Rauf Cabbarov.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Mərdəkan. “Dalğa Arena”, 17:00.
“Zirə” – “Neftçi”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Elvin Bayramov.
VAR: Rəşad Əhmədov.
AVAR: Kamran Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elman Musayev.
Zirə İdman Kompleksinin stadionu, 19:30.
4 oktyabr
“Qarabağ” – “Kəpəz”
Hakimlər: Nicat İsmayıllı, Rahil Ramazanov, Kərim Zeynalov, Vüqar Həsənli.
VAR: Əli Əliyev.
AVAR: Rəşad Əhmədov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Bakı. “Azərsun Arena”, 17:00.
“Sumqayıt” – “Turan Tovuz”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Şirmamed Mamedov, Əkbər Əhmədov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30.
5 oktyabr
“Karvan” – “Sabah”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, İslam Məmmədov.
VAR: İnqilab Məmmədov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Şamaxı şəhər stadionu, 15:00.
“Qəbələ” – “Şamaxı”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Qəbələ şəhər stadionu, 17:30.


