Premyer Liqa: “Zirə” və “Neftçi”dən 4 qolluq heç-heçə

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 7-ci turunun oyunları keçirilib.

Arena.az xəbər verir ki, ilk oyun gününün sonuncu qarşılaşması Zirədə baş tutub.

Burada “Zirə” turun mərkəzi oyunu çərçivəsində “Neftçi” ilə qarşılaşıb. Kamal Umudlunun idarə etdiyi qarşılaşmada qapılara 4 qol vurulub. Yekunda tərəflər hərəyə 1 xalla kifayətləniblər.

Premyer Liqa
7-ci tur
3 oktyabr

“Zirə” – “Neftçi” 2:2
Qollar: Georgi Papunaşvili, 28. Ruan Renato, 90+8-pen – Freddi Varqas, 66. Bassala Sambu, 87.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Elvin Bayramov.
VAR: Rəşad Əhmədov.
AVAR: Kamran Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elman Musayev.
Zirə İdman Kompleksinin stadionu, 19:30.

Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 4. Ruan Renato, 25. Enrike Kustodio, 10. Georgi Papunaşvili, 93. Brahim Konate, 5. Ange Mutsinzi, 11. Junior Martins, 17. Ayron Qomis, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 70. Namik Ələskərov, 21. Hacıağa Hacılı, 7. Rövlan Muradov, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 26. Stefan Akka, 30. Rikardo Martins, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

Neftçi: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 17. Murad Xaçayev, 19. Ağadadaş Salyanski, 77. Falaye Sako, 6. Sessi D`Almeyda, 5. İqor Ribeyro, 11. İmad Faraj, 10. Freddi Varqas, 23. Cordan Rezabala.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 93. Rza Cəfərov, 4. Elvin Camalov, 7. Emil Səfərov, 47. Murad Məmmədov, 14. Edvin Kuç, 24. Mustafa Sek, 9. Bassala Sambu, 27. Kristian Kostin, 22. Luis Ortis, 28. Alessio Kurçi.
Baş məşqçi: Samir Abasov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: