Futbol üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi Ayxan Abbasov qarşıdakı təlim-məşq toplanışı üçün heyəti açıqlayıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, millimiz oktyabrın 6-dan 8-nə qədər Bakıda təlim-məşq toplanışında olacaq. Komandamız oktyabrın 8-də Fransanın paytaxtı Parisə yollanacaq.
Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da “Park de Prens”də Fransa yığması, oktyabrın 13-də isə Polşanın Krakov şəhərində yerləşən “Krakoviya” stadionunda Ukrayna seçməsinə qarşı keçiriləcək oyunlar üçün heyətə 26 futbolçu cəlb edib:
- Şahruddin Məhəmmədəliyev – Qarabağ
- Aydın Bayramov – Zirə
- Rza Cəfərov – Neftçi
- Bəhlul Mustafazadə – Qarabağ
- Anton Krivotsyuk – Daejeon (Cənubi Koreya)
- Elvin Bədəlov – Neftçi
- Cəlal Hüseynov – Arda (Bolqarıstan)
- Rəhman Daşdəmirov – Sabah
- Abbas Hüseynov – Qarabağ
- Faiq Hacıyev – Turan Tovuz
- Qismət Alıyev – Zirə
- Elvin Cəfərquliyev – Qarabağ
- Rahil Məmmədov – Araz-Naxçıvan
- Emin Mahmudov – Neftçi
- Murad Xaçayev – Neftçi
- Səbuhi Abdullazadə – Sumqayıt
- İsmayıl İbrahimli – Zirə
- Abdulla Xaybullayev – Sabah
- Toral Bayramov – Qarabağ
- Ceyhun Nuriyev – Zirə
- Rüstəm Əhmədzadə – Sumqayıt
- Anatoli Nuriyev – Sabah
- Mahir Emreli – Kayzerslautern (Almaniya)
- Renat Dadaşov – Motor (Polşa)
- Musa Qurbanlı – Qarabağ
- Nəriman Axundzadə – Qarabağ


