Azərbaycan Premyer Liqasının 7-ci turunun “Qəbələ” – “Şamaxı” matçı meydan sahiblərinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatdı.
Arena.az Qəbələdə baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.
Azərbaycan Premyer Liqası
7-ci tur
5 oktyabr
“Qəbələ” – “Şamaxı” 0:1
Qol: Rikardo Apolinario, 8-pen.
Sarı vərəqələr: Nicat Əliyev, 32 (qeyri-idman hərəkəti). Murad Musayev, 90+3 (hakimin qərarına etiraz). İsaak Amoa, 90+3 (qeyri-idman hərəkəti) – Dioqo Balau, 11 (qeyri-idman hərəkəti). Oruc Məmmədov, 74 (qeyri-idman hərəkəti). Arsen Ağcabəyov, 90+1 (qeyri-idman hərəkəti). Karim Rossi, 90+1 (hakimin qərarına etiraz).
Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə 3 dəqiqə.
Saat 17:30. Qəbələ şəhər stadionu, 400 tamaşaçı.
Baş hakim: Elçin Məsiyev.
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov.
Dördüncü hakim: Kamranbəy Rəhimov.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Qəbələ: 1. Səlahət Ağayev (k), 13. Nicat Əliyev (7. Rüfət Əhmədov, 84), 74. Süleyman Damadayev, 10. Şahin Şahniyarov (22. Fərid İsgəndərov, 84), 27. Eşqin Əhmədov (70. Paulo Kimbila, 76), 12. İbrahim Sanqare, 50. Adriel Ba Lua (97. Elşad Tağıyev, 84), 3. Eduardo Kunde (28. Murad Musayev, 90+1), 6. Xayme Syerra, 16. İsaak Amoa, 14. Domi Massumo.
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 66. Nuğay Rəşidov, 26. Elnur Mustafayev, 17. Qədir Ramazanov, 21. Ziya Şəkərxanov.
Baş məşqçi: Kaxaber Sxadadze.
Şamaxı: 1. Rikardo Fernandes (k), 27. Emil Süleymanov (97. Oruc Məmmədov, 46), 82. Rüfət Abbasov, 9. Karim Rossi (6. Antonio Lara, 90+1), 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos, 19. Abdullahi Şuaybu (5. Arsen Ağcabəyov, 74), 8. Alfons Msanqa.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 24. Sənan Muradlı.
Baş məşqçi: Ayxan Abbasov.


