Əlcəzair millisi 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2026) final mərhələsinə vəsiqəni təmin edib.
Arena.az xəbər verir ki, sözügedən komanda seçmə mərhələnin Afrika zonasının 9-cu turunda Somali yığmasını 3:0 hesabı ilə məğlub edib.
Beləliklə, Əlcəzair millisi G qrupunda sona 1 tur qalmış xallarının sayını 22-yə çatdırıb. Sözügedən komanda hazırda ən yaxın izləyicisi Uqandanı 4 xal qabaqlayır.
Xatırladaq ki, Əlcəzair Afrikadan mundiala vəsiqə qazanmış dördüncü komanda olub. Bu komandadan əvvəl Afrikadan Mərakeş, Tunis və Misir yığmaları da DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanmışdılar.
Xatırladaq ki, dünya çempionatının final mərhələsi 2026-cı ilin 11 iyun – 19 iyul tarixlərində 48 komandanın iştirakı ilə ABŞ, Meksika və Kanadada keçiriləcək.
Hazırda qarşıdakı dünya çempionatının final mərhələsində iştirakı dəqiqləşmiş 20 komanda var:
Kanada (ev sahibi)
Meksika (ev sahibi)
ABŞ (ev sahibi)
Yaponiya
Yeni Zelandiya
İran
Argentina
Özbəkistan (debüt)
Cənubi Koreya
İordaniya (debüt)
Avstraliya
Braziliya
Ekvador
Uruqvay
Kolumbiya
Paraqvay
Mərakeş
Tunis
Misir
Əlcəzair


