Futbol üzrə dünya çempionatının (DÇ-2026) Avropa zonası üzrə seçmə mərhələsində bu gün daha 8 qarşılaşma baş tutub.
Arena.az xəbər verir ki, D qrupunda yer almış Azərbaycan millisinin Fransa ilə üz-üzə gəldiyi gündə, digər rəqiblərimizdən İslandiya evdə Ukraynanı qəbul edib. 8 qolluq bu görüşdə ukraynalılar sevinən tərəf olublar.
A qrupunda Almaniya Lüksemburq yığmasını sınağa çəkib və 4 cavabsız qolla qalib gəliblər. B qrupunda isə İsveç və İsveçrə milliləri qarşılaşıblar. Oyun qonaq komandanın inamlı qələbəsiylə yekunlaşıb.
DÇ-2026-nın seçmə mərhələsi
10 oktyabr
A qrupu
Almaniya – Lüksemburq 4:0
Qollar: Raum, 12. Kimmix, 21-pen; 50. Qnabri, 48.
Şimali İrlandiya – Slovakiya 2:0
Qollar: Hroşovski, 18-öz qapısına. Hume, 81.
Xallar: Almaniya – 6. Şimali İrlandiya – 6. Slovakiya – 6. Lüksemburq – 0.
B qrupu
İsveç – İsveçrə 0:2
Qollar: Caka, 65-pen. Manzami, 90+4.
Kosovo – Sloveniya 0:0
Xallar: İsveçrə – 9. Kosovo – 4. Sloveniya – 2. İsveç – 1.
D qrupu
Fransa – Azərbaycan 3:0
Qollar: Mbappe, 45+2. Rabyo, 69. Toven, 84.
İslandiya – Ukrayna 3:5
Qollar: Ellertsson, 35. Qudmundsson, 59; 75 – Malinovski, 14; 45+5. Qutsulyak, 45. Kalyujni, 85. Oçeretko, 88.
Xallar: Fransa – 9. Ukrayna – 4. İslandiya – 3. Azərbaycan – 1.
J qrupu
Qazaxıstan – Lixtenşteyn 4:0
Qollar Kenjebek, 26; 59. Zaynutdinov, 28. Kasım, 81.
Belçika – Şimali Makedoniya 0:0
Xalllar: Şimali Makedoniya – 12. Belçika – 11. Uels – 10. Qazaxıstan – 6. Lixtenşteyn – 0.


