PSJ səfərdə qələbəni əldən verdi

Futbol üzrə Fransa çempionatında 36-cı tura yekun vurulub.

Arena.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.

“Anje” “Dijon”u, “Nitsa” “Brest”i məğlub yola salıb. “Mets” evdə “Nim”ə uduzubsa, “Strasburq” “Monpelye” ilə oyunda xalsız qalıb.

“Sent-Etyen” Marsel “Olimpik”ini məğlub yola salıb. “Monako” isə “Reyms”lə səfər oyununda 1 qolla 3 xal qazanıb.

Son çempion PSJ də bu turda “Renn”lə qarşılaşıb. Paris təmsilçisi bu oyunda 1 xalla kifayətlənib.

Fransa Liqa 1
36-cı tur
7 may

Lans – Lill 0:3
Qol: B.Yılmaz, 4-pen; 40. David, 60.

8 may

Nant – Bordo 3:0
Qol: Kulibali, 19. Louza, 51-pen. Kolo, 70.

Olimpik (Lion) – Loryan 4:1
Qol: Auar, 53. Paketa, 65. Bruno, 71-pen; 77 – Monkondui, 83.

9 may

Sent-Etyen – Olimpik (Marsel) 1:0
Qol: Nordin, 43.


Anje – Dijon 3:0
Qol: Fulqiri, 7. Allaqbe, 50-öz qapısına. Dioni, 89.

Mets – Nim 0:3
Qol: Fomba, 61. Ripar, 67. Z.Ferhat, 89.


Nitsa – Brest 3:2
Qol: R.Lopes, 38. Budaui, 61. Kamara, 89 – Munye, 4; 43.


Strasburq – Monpelye 2:3
Qol: Ayorke, 69. Zohi, 90+4 – Laborde, 36; 49. Delor, 46.


Reyms – Monako 0:1
Qol: Matazo, 20.


Renn – PSJ 1:1
Qol: Jirassi, 70 – Neymar, 45+5-pen.

Xəbəri sosial şəbəkələrdə paylaş: