Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 10-cu turunun oyun cədvəli müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.
10-cu tura oktyabrın 31-də keçiriləcək “İmişli” – “Qarabağ” oyunu ilə start veriləcək. Turun qalan görüşləri isə noyabrın 1-də, 2-də və 3-də baş tutacaq.
Azərbaycan, Premyer Liqa
10-cu tur
31 oktyabr
14:00. “İmişli” – “Qarabağ”
Quba Olimpiya İdman Kompleksinin stadionu.
1 noyabr
14:00. “Karvan” – “Zirə”
Şamaxı şəhər stadionu.
17:00. “Neftçi” – “Kəpəz”
Bakı. “Neftçi Arena”.
2 noyabr
16:00. “Turan Tovuz” – “Şamaxı”
Tovuz şəhər stadionu.
18:30. “Sumqayıt” – “Araz-Naxçıvan”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 18:30.
3 noyabr
19:30. “Sabah” – “Qəbələ”
“Masazır Arena”.


