Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 8-ci turuna start verilib.
Arena.az xəbər verir ki, turun açılış oyununda “Şamaxı” doğma meydanda “Kəpəz”lə üz-üzə gəlib.
Ayxan Abbasovun komandası çempionatın aşkar autsayderi ilə oyundan qələbə ilə ayrılmağı hədəfləmişdi. Amma Gəncə təmsilçisi də yeni mövsümdə ilk xal və ya xallarını qazanmaq arzusundaydı.
FİFA referisi Əliyar Ağayevin idarə etdiyi oyun gərgin və məhsuldar alınıb. Qarşılaşmada hesabı meydan sahibləri açıblar. Amma Gəncə təmsilçisi ilk hissədə Fərid Nəbiyevin dublu sayəsində hesabda önə keçməyə nail olub. Fasilə ərəfəsində “Şamaxı” azlıqda qalıb. Bundan maksimum yararlanan qonaqlar ikinci hissədə Luis Paçunun dublu sayəsində hesabı darmadağın həddinə çatdırıblar. Beləcə, “Kəpəz” həm yeni mövsümdə xal hesabını açıb, həm də ilk qələbəsini rəsmiləşdirib.
Günün digər oyunu “Turan Tovuz”la “Qarabağ” arasında baş tutacaq. Adam təmsilçisi öz meydanında Tovuz klubunun “qonağı olacaq”. Çünki bu komanda məlum səbəblərdən ev oyunlarını məhz “Azersun Arena”da keçirir. Qarşılaşmanın baş hakimi Elçin Məsiyev olacaq.
Turun qalan görüşləri oktyabrın 18-də və 19-da keçiriləcək.
Premyer Liqa
8-ci tur
17 oktyabr
“Şamaxı” – “Kəpəz” 1:4
Qollar: Sezar Enrike, 11 – Fərid Nəbiyev, 34; 39. Luis Paçu, 67-pen; 85.
Qırmızı vərəqə: Abdullahi Şuaybu, 45+1.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əkbər Əhmədov.
VAR: Rəşad Əhmədov.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Şamaxı şəhər stadionu, 14:30.
Şamaxı: 1. Rikardo Fernandes (k), 80. Həbib İsmayılov, 82. Rüfət Abbasov, 9. Karim Rossi, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos, 19. Abdullahi Şuaybu, 8. Alfons Msanqa.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 5. Arsen Ağcabəyov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 97. Oruc Məmmədov, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 24. Sənan Muradlı, 6. Antonio Lara.
Baş məşqçi: Ayxan Abbasov.
Kəpəz: 1. Kaçper Rosa, 27. Məqsəd İsayev, 77. Fərid Nəbiyev, 88. Şakir Seyidov, 9. Luis Paçu, 11. Vitor Feyjao, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 12. Mahamadu Ba, 10. Ryonosuke Ohori, 38. Cefferson Bento.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 5. Rauf Hüseynli, 17. Ümid Səmədov, 53. Şahmar Aşurov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 55. Kresus Donqo, 6. Pedro Qomes.
Baş məşqçi: Azər Bağırov.


