Premyer Liqa: “Qarabağ” lideri “taxtdan saldı”

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 8-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun gününün sonuncu görüşü lider “Turan Tovuz”la çempion “Qarabağ” arasında baş tutub.

Ağdam təmsilçisi öz meydanında Tovuz klubunun “qonağı olub”. Çünki “Turan Tovuz” məlum səbəblərdən ev oyunlarını məhz “Azersun Arena”da keçirir.

Elçin Məsiyevin idarə etdiyi oyunda hesabı tovuzlular açıblar. Amma ikinci hissədə oyunda dönüş yaradan “Qarabağ” yekunda əzmkar qələbəyə sevinib və lideri “taxtdan salıb”.

Xatırladaq ki, turun ilk oyununda “Şamaxı” doğma meydanda autsayder “Kəpəz”ə 1:4 hesabıyla uduzmuşdu. Turun qalan görüşləri oktyabrın 18-də və 19-da keçiriləcək.

Premyer Liqa
8-ci tur
17 oktyabr

“Turan Tovuz” – “Qarabağ” 1:2
Qollar: Alexandro Serrano, 40-pen – Nəriman Axundzadə, 55. Abdullah Zubir, 63.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
VAR: Kamal Umudlu.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Bakı. “Azersun Arena”, 19:00.

Turan Tovuz: 1. Oleq Baklov, 29. Filip Ozobiç, 88. Faiq Hacıyev (k), 5. Roderik Miller, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman, 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 11. Ayxan Hüseynov, 6. Fərid Yusifli, 2. Abdulla Rzayev, 77. Veysəl Rzayev, 3. Enrike Silva, 99. İbrahima Vadji.
Baş məşqçi: Kurban Berdıyev.

Qarabağ: 99. Mateuş Koxalski, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 20. Kadi Borges, 3. Sami Mmae, 2. Mateus Silva, 18. Dani Bolt, 15. Leandro Andrade, 21. Aleksey Kaşuk, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 7. Nəriman Axundzadə, 8. Marko Yankoviç, 6. Kris Kuaku, 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: