Premyer Liqa: “İmişli” “Qəbələ”yə, “Sumqayıt” “Karvan”a qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 8-ci turunun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutacaq.

Öncə, “İmişli” Qubada “Qəbələ” ilə üz-üzə gələcək. Qarşılaşmanın baş hakimi İnqilab Məmmədov olacaq.

Digər oyun isə “Sumqayıt”la “Karvan” arasında baş tutacaq. Sumqayıtdakı qarşılaşmanı Rəvan Həmzəzadə idarə edəcək.

Premyer Liqa
8-ci tur

17 oktyabr

“Şamaxı” – “Kəpəz” 1:4
Qollar: Sezar Enrike, 11 – Fərid Nəbiyev, 34; 39. Luis Paçu, 67-pen; 85.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əkbər Əhmədov.
VAR: Rəşad Əhmədov.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Şamaxı şəhər stadionu, 14:30.

“Turan Tovuz” – “Qarabağ” 1:2
Qollar: Alexandro Serrano, 40-pen – Nəriman Axundzadə, 55. Abdullah Zubir, 63.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
VAR: Kamal Umudlu.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Bakı. “Azersun Arena”, 19:00.

18 oktyabr

“İmişli” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov.
VAR: Tural Qurbanov.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

“Sumqayıt” – “Karvan”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Kamran Əliyev.
VAR: Əli Əliyev.
AVAR: Əliyar Ağayev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 18:00.

19 oktyabr

“Sabah” – “Zirə”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev.
VAR: Rauf Cabbarov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: İmanxan Sultani .
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Masazır Arena”, 16:00.

“Neftçi” – “Araz-Naxçıvan”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov.
VAR: Nicat İsmayıllı.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Bakı. “Neftçi Arena”, 18:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: