“Sumqayıt” – “Karvan” 4:1 – Video

Azərbaycan Premyer Liqasının 8-ci turunun “Sumqayıt” – “Karvan” matçı meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatdı.

Arena.az Sumqayıtda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Premyer Liqası
8-ci tur
18 oktyabr

“Sumqayıt” – “Karvan” 4:1
Qollar: Ronaldo Vaskes, 12. Aleksandr Ramalinqom, 54-pen; 65-pen. Aleksa Yankoviç, 59 – Coy Sleyd Mikels, 44.
Sarı vərəqələr: Keffel Resende, 25 (qeyri-idman hərəkəti). Aleksa Yankoviç, 26 (qeyri-idman hərəkəti). Nikola Ninkoviç, 76 (hakimin qərarına etiraz) – Eltun Turabov, 10 (qeyri-idman hərəkəti). İmani Barker, 58 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 3 dəqiqə, ikinci hissədə 3 dəqiqə.
Saat 18:00. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 1000 tamaşaçı.

Baş hakim: Rəvan Həmzəzadə.
Baş hakimin köməkçiləri: Cəmil Quliyev, Gülnurə Əkbərzadə.
Dördüncü hakim: Kamran Əliyev.
VAR: Əli Əliyev.
AVAR: Əliyar Ağayev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.

Sumqayıt: 1. Mehdi Cənnətov (k), 6. Rauf Rüstəmli (8. Səbuhi Abdullazadə, 46), 75. Nadir Orucov (25. Abdul Raşid Mumini, 61), 19. Roi Kehat, 9. Aleksandr Ramalinqom (10. Nikola Ninkoviç, 70), 14. Pedro Pinto, 72. Rayan Senhadji, 23. Ronaldo Vaskes, 71. Masaki Murata (7. Rüstəm Əhmədzadə, 61), 80. Keffel Resende, 11. Aleksa Yankoviç (21. Nihad Əhmədzadə, 70).
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 3. Höccət Haqverdi, 66. Ruslan Əliyev, 97. Vüsal Paşayev.
Baş məşqçi: Saşa İliç.

Karvan: 1. Kamran İbrahimov, 6. Vadim Abdullayev (k), 33. Eltun Turabov (32. Elvin Yunuszadə, 68), 42. İbrahim Qədirzadə (11. Kayl Spens, 78), 20. Coy Sleyd Mikels (14. Uğur Cahangirov, 78), 2. Şakil Sno, 19. Tompson Qavi, 3. Said İranxan, 8. Peter Kinqs (10. Samuel Durrant, 46), 21. İmani Barker, 4. Olavale Doyeni (18. Süleyman Əhmədov, 20).
Ehtiyat oyunçular: 25. Əmrah Bulud, 7. Araz Abdullayev, 13. Vüsal Məsimov, 22. Qabil Əlizadə, 77. Əli Abdullayev, 12. Vitor Roşa, 37. Mois Nqvisani.
Baş məşqçi: Azər Həşimov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: