Qadın voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 2-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, bu gün daha bir matç keçirilib.
Turun qapanış oyununda “Turan” komandası “Gənclər”lə üz-üzə gəlib. Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutmuş görüş “Turan”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, daha əvvəl “Gəncə” “Murov” kollektivinə eyni hesabla qalib gəlmişdi. “Azərreyl” isə “DH Volley” komandasına 2:3 hesabıyla uduzmuşdu.
Yüksək Liqa
2-ci tur
23 oktyabr
“Turan” – “Gənclər” 3:0 (25:10, 25:9, 25:11)


