Bu gün kişi voleybolçulardan ibarət “Azərreyl” komandası Çempionlar Liqasının 2025/2026-cı illər mövsümündə mübarizəyə start verib.
Arena.az xəbər verir ki, Azərbaycan təmsilçisi təsnifat mərhələsinin 1-ci turunda Serbiyanın “Radniçki” komandası ilə üz-üzə gəlib.
Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilmiş matç rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu komandalar arasındakı cavab oyunu oktyabrın 29-da baş tutacaq.
Çempionlar Liqası
İlkin mərhələnin ilk oyunu
23 oktyabr
“Azərreyl” – “Radniçki” 0:3 (21:25, 18:25, 22:25)


