Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Turan Tovuz”un qapıçısı Oleq Baklov Tacikistan milli komandasına dəvət alıb.
Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, qapıçı Asiya Kubokunun seçmə mərhələsi çərçivəsində Şərqi Timorla oyun üçün milli komandanın sərəncamında olacaq.
Qeyd edək ki, Şərqi Timor – Tacikistan oyunu noyabrın 18-də baş tutacaq.
Oleq Baklov “Turan Tovuz”a 2025-ci ilin yayında cəlb olunub. 31 yaşlı qolkiperin Tovuz klubu ilə 2027-ci ilin 30 iyununadək müqaviləsi mövcuddur.
Tacik qapıçı “Turan Tovuz”un heyətində meydana çıxdığı 11 oyunda 8 qol buraxıb, 6 matçda qapısını toxunulmaz saxlayıb.
Baklov daha öncə Rusiyada “Ufa”, “Sızran-2003”, “Krılya Sovetov”, “Ural” və “KamAZ” klublarının da formasını geyinib. O, 2024-cü ilin sentyabr ayında debüt etdiyi Tacikistan yığmasının heyətində 8 oyuna çıxıb, 10 qol buraxıb, 4 matçdan “quru” çıxıb.


