Səudiyyə Ərəbistanı “Əl-İttihad”ının fransalı hücumçusu Kərim Benzema həmkarı və həmvətəni Usman Dembele haqda söhbət açıb.
Arena.az xəbər verir ki, o, 2025-ci ilin “Qızıl top” mükafatının qalibi olmuş PSJ-nin ulduzu barədə bunları söyləyib:
“Usman çox ağır vaxtlarını geridə qoyub. O, yaxşı insan, müəmma, əla futbolçudur. Onun PSJ-də etdikləri çox vacibdir. O, “Qızıl top”u qazanıb, çünki çoxlu qol vurub, amma məhz vacib oyunlarda, həlledici məqamlarda. O, buna layiqdir”, deyə Benzema vurğulayıb.
Xatırladaq ki, Usman Dembele PSJ-yə 2023-cü ilin avqust ayında 50 milyon avro məbləğ müqabilində “Barselona”dan keçib. Fransalı cinah hücumçusunun Paris klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
2025/2026-cı illər mövsümündə Dembele PSJ-nin heyətində bütün yarışlarda 9 oyuna çıxıb, 3 qol vurub, 2 məhsuldar ötürmə verib.
Usman Dembelenin Fransa nəhəngi üçün xidməti ümumilikdə 104 oyun, 44 qol və 32 məhsuldar ötürmədən ibarətdir.
Dembele PSJ-dən öncə “Barselona”, “Borussiya” (Dortmund) və “Renn”in uğurları üçün çalışıb.
Usman Dembele 2016-cı ilin sentyabr ayında debüt etdiyi Fransa yığmasının heyətində 57 oyun keçirib, 7 qol vurub, 4 məhsuldar ötürmə verib. Usman “xoruzlar”la Rusiyada keçirilmiş DÇ-2018-in qalibi olub.
“Transfermarkt” internet-portalı 28 yaşlı fransalı sağ cinah hücumçusunun transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.


