“Azərreyl” Niderland klubu ilə səfərdə də bacarmadı

Azərbaycanın kişi voleybolçulardan ibarət “Azərreyl” komandası CEV Kubokunun 2025/2026-cı illər mövsümündə növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda bu gün turnirin 1/32 final mərhələsinin cavab oyununda Niderlandın “Orion Stars” kollektivi ilə qarşılaşıb.

Niderlandda keçirilmiş oyunda təmsilçimiz 0:3 hesabı ilə uduzub. Nəticədə, Azərbaycan klubu bu turnirlə vidalaşıb.

Xatırladaq ki, “Azərreyl” Bakıda keçirilmiş ilk görüşdə də Niderland təmsilçisinə 1:3 hesabı ilə məğlub olmuşdu.

Xəbəri sosial şəbəkələrdə paylaş: